Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri LUKOİL-dan imtina etdibackend

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri LUKOİL-dan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın LUKOIL neft şirkəti Xəzərdəki neft yataqlarından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixracı dayandıracaq. Editor.az-ın məlumatına görə, bu qərarın Qərbin sanksiyalarına görə verildiyi bildirilir.

“Rusiya nefti BTC-ni tərk edir, səbəb sanksiyalardır, BTC Rusiya neftini buraxmır”, – “Reuters” xəbər verir.

Xatırladaq ki, BTC vasitəsi ilə ixrac olunan neftin həcmi ildə 2 milyon tona yaxındır.

“Lukoyl” əvvəllər BTC-dən axan nefti Xəzər Boru Kəməri Konsorsiumunun boru kəmərinə yönləndirmək məcburiyyətində qalacaq. Şirkətin bu marşrutla neft ixracı noyabrdakı 364 tondan dekabrda 660 min tona yüksələcək.

 //Samir Qurbanov,Editor.az