Bakı və Abşeronda güclü külək əsib – FAKTİKİ HAVAbackend

Bakı və Abşeronda güclü külək əsib – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-də saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/san, Culfada 16 m/san-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-də 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.