Bakı və Ankaraya kritik çağırış: Güneydə təhlükəli qüvvə hərəkətə keçirbackend

Bakı və Ankaraya kritik çağırış: Güneydə təhlükəli qüvvə hərəkətə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Güney Azərbaycan bölgəsində PKK terror təşkilatının fəallaşdığına dair yayılan məlumatlar narahatlıq doğurur. Bəzi iddialara görə, PKK ərazidə yaşayan separatçı kürdlərlə birlikdə bölgədə azərbaycanlılara qarşı qətliam keçirməyə hazırlaşır. “Türkiye Gazetesi”nin müxbiri Yılmaz Bilgənin də bənzər fikirlər səsləndirməsi diqqət çəkib.

Bölgədə PKK-nın fəallığı artar, soydaşlarımıza qarşı bu cür hadisələr baş verərsə, Bakının və Ankaranın mövqeyi necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, PKK-nın tarixi, məqsədləri və indiyə qədərki fəaliyyətinə nəzər saldıqda, bu iddiaları təhlükə amili kimi qiymətləndirməmək mümkün deyil:

“Belə bir situasiyanın həm Ankara, həm də Bakı tərəfindən diqqətə alınacağına da şübhə yoxdur. İddialar realdırsa, qısa müddətdə bölgədə sosial və etnik gərginliyin artması gözləniləndir. PKK-nın hər hansı bir hücum və ya terror fəaliyyəti halında bölgədə təhlükəsizlik boşluqlarının ortaya çıxacağı şübhəsizdir. Belə ki, indiki şəraitdə, yəni güc strukturlarının böyük ölçüdə ABŞ və İsraillə müharibəyə cəlb olunması fonunda SEPAH və yerli polis qüvvələrinin PKK-nın qarşısını almaq üçün fəaliyyəti yetərsiz ola bilər. İranın daxili təhlükəsizlik strukturları hazırda ciddi yük altındadır, PKK təhdidi isə bu yükü daha da artıracaq.

Belə bir vəziyyətdə rəsmi Bakı və Ankara üçün məsələ strateji və diplomatik baxımdan olduqca kritikdir. Türkiyə təbii olaraq bu fəaliyyətə qarşı hərbi və diplomatik təzyiq tədbirlərini dərhal gündəmə gətirəcək. Həmçinin, Azərbaycanın mövqeyi də regiondakı soydaşların təhlükəsizliyinin təmin edilməsi yönündədir”.

WhatsApp Image 2025 11 20 at 11.15.40

Politoloqun sözlərinə görə, regiondakı geosiyasi kontekst nəzərə alındıqda PKK-nın fəallaşması yalnız lokal problem deyil:

“Bu, həm Türkiyə–İranAzərbaycan əlaqələrinə, həm də PKK-nı fəallaşdıran güclərlə münasibətlərə əhəmiyyətli təsir göstərə bilər.

Düşünürəm ki, indiki mərhələdə, yəni PKK-nın Güney Azərbaycan ərazilərində fəallaşması fonunda Bakı və Ankaranın koordinasiyalı fəaliyyəti ən vacib şərtdir. Bölgədə qətliam və bu kimi hadisələrin baş verməməsi üçün prosesin diqqətdə saxlanılması, sərhəd nəzarətinin gücləndirilməsi və kəşfiyyat fəaliyyətlərinin artırılması vacib şərtdir. Əgər bölgədə qətliam kimi hadisələr baş verərsə, bu, həm humanitar böhran, həm də etnik gərginlik yaradacaq və belə olan halda müdaxilə də qaçılmaz olacaq. Ona görə Ankara və Bakının Tehranla bu istiqamətdə potensial zorakılıq risklərini müzakirə etməsi lazımdır.

Prioritet soydaşlarımızın təhlükəsizliyini təmin etmək, PKK-nın hərbi və kəşfiyyat fəaliyyətlərini izləmək və qarşısını almaq, eləcə də İranla dialoq və lazım olduqda təzyiq mexanizmləri vasitəsilə regiondakı sabitlik imkanlarını artırmaqdan ibarət olmalıdır.

Belə bir vəziyyətdə həm diplomatiya, həm kəşfiyyat, həm də hərbi hazırlıq bir-birini tamamlamalı, regiondakı etnik və geosiyasi balansı qorumaq ön planda olmalıdır. Çünki bu hadisə təkcə lokal təhlükə deyil, bütün Cənubi Qafqaz və region ölkələri üçün strateji və təhlükəsizlik prioriteti olaraq qalır”.