Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı – İnanılmaz detallarbackend

Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı – İnanılmaz detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Times” yazır ki, hazırkı geosiyasi və hərbi vəziyyətdə Donald Trampın Ukrayna üzrə sülh planı Kiyevin ən real çıxış yolu ola bilər.

nəşr britaniyalı yüksək rütbəli diplomatın sözlərinə istinad edərək bildirir ki, plan ideal olmasa da, mövcud şəraitdə Ukraynaya ölümcül dalğadan çıxmaq üçün nadir şans təqdim edir.

Diplomat etiraf edir ki, sənədə skeptik yanaşır, lakin reallıq bununla barışmağa vadar edir:

“Hazırkı şəraitdə bu, bəlkə də Kiyevin ən yaxşı ümidi… Bu ideal deyil, amma yekun da deyil. Bu plan bəlkə də kütləvi qətllərin dayanması və Ukraynanın bərpasına fokuslanmağın yolunu aça bilər”.

“The Times” bildirir ki, sülh planının mətnində çoxlu qeyri-müəyyənlik, ziddiyyət və “qırmızı xətlər” olsa da, bu sənəd Rusiya–Ukrayna müharibəsinin sonunun başlanğıcı ola bilər.

Nəşrin müəllifi Mark Qaleotti ekspertlərə istinadən yazır ki, Rusiya tərəfindən işğal olunmuş ərazilərin Ukrayna tərəfindən yaxın vaxtlarda geri qaytarılması real görünmür. Bu isə Kiyevin danışıqlara daha ciddi yanaşmasını şərtləndirir.

Qaleotti həmçinin Trampın planındakı Ukrayna ordusunun 600 min nəfərə qədər məhdudlaşdırılması bəndinin o qədər də kritik olmadığını vurğulayır:

“Bu rəqəm əvvəlki 250 minlik limitlərdən xeyli yüksəkdir və Moskvadan 2022-ci ildə irəli sürülən 85 minlik sərhəddən qat-qat çoxdur. Üstəlik, Britaniya Müdafiə Nazirliyi analitikləri mənə yayda demişdilər ki, Kiyevin uzunmüddətli dövrdə 500 mindən artıq daimi ordu saxlaya bilməsi real görünmür”.

Globalinfo.az