Bakı Xankəndi yolunu BAĞLAYA BİLƏR – Ermənilərin İKİ SEÇİMİ qaldı: ya orada …backend

Bakı Xankəndi yolunu BAĞLAYA BİLƏR – Ermənilərin İKİ SEÇİMİ qaldı: ya orada …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Praqa görü mühüm nəticələr verdi və tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar”.

Bunu  açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistan dövlət büdcəsindən Qarabağ separatçılarına pul ayrılmasını dayandırmalıdır:

“Ermənistan tərəfi açıq-aydın şəkildə nümayiş etdirir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri Ermənistan tərəfindən qəbul olunur. Belə olan konteksdə Qarabağda olan etnik ermənilər öz narahatlıqlarını da ifadə edirlər.

Məlumdur ki, onlar bu narahatlıqları həm də xarici qüvvələrin təzyiqi və təsiri ilə ortaya qoyurlar. Digər məsələ bundan ibarətdir ki, rəsmi Bakı dəfələrlə öz mövqeyini ifadə edib və bu mövqe ondan ibarətdir ki, orada olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir, bununla yanaşı Azərbaycan yuridiksiyasına, eləcə də qanunlarına uyğun addımlar atılmalıdır. Digər hər hansısa yanaşma qəbul olunmur.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi “Qarabağ Azərbaycandır!” və burada başqa fikir də qəbul olunan deyil. Önəmli məsələ bundan ibarətdir ki, 10 noyabr bəyanatından sonra da Ermənistan deputatlarının müxtəlif vəzifəli şəxslərinin Xankəndinə və ətraf ərazilərə səfərlərini müşahidə edirdik, bu səfərlərə son qoyulmalıdır.

Eyni zamanda Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçı rejimə pul ayrılmamalıdır. Maliyyə vəsaitinin ayrılmaması həm də Ermənistanın atdığı imzaya hörmətini ifadə etmiş olur.

Belə olan təqdirdə təbii ki, orada olan insanların da iki seçim variantı olacaq:

1. Bölgəni tərk etməlidirlər

2. Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etməlidirlər

Düşünürəm ki, başqa bir alternativ də mümkün deyil və onların hüquqları, imtiyazları, vəzifələri Azərbaycanın da daxili işidir. Bu yanaşma artıq uzun müddətdir ki, Azərbaycanın mövqeyi kimi özünü ifadə edir və rəsmi Bakı öz mövqeyində israrlı qalmaqda davam edəcək”.

Milli.az