Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirildi – Saxlanılanın 14 yaşı varbackend

Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirildi – Saxlanılanın 14 yaşı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Editor.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Araşdırmalar davam etdirilir./Report