Bakıda 18 yaşlı gəncin başını kəsdilər: Hadisə yerindən GÖRÜNTÜLƏRbackend

Bakıda 18 yaşlı gəncin başını kəsdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.

APA xəbər verir ki, hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib.

Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.

Mərhumun aşpaz olduğu deyilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumat görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.

Editor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: “Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.