Bakıda 8 yaşlı məktəbli intihar etdi – Məktəbdə incidirdilər…backend

Bakıda 8 yaşlı məktəbli intihar etdi – Məktəbdə incidirdilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

Editor.az  “Qafqazinfo”ya istinadən bildirir ki, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.