Bakıda 91 saylı avtobusda dava: Sərnişin sürücünü təpiklədi – VİDEObackend

Bakıda 91 saylı avtobusda dava: Sərnişin sürücünü təpiklədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sərnişin avtobusunda xoşagəlməz hal yaşanıb. 

hadisə 91 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusda qeydə alınıb.

Dayanacaqdan kənar avtobusun saxlanılmasını tələb edən sərnişin onun istəyini yerinə yetirməyən sürücüyə hücum edib.

Hadisə zamanı sərnişin sürücüyə bir neçə təpik zərbəsi endirib və onu təhqir edib.

İnsidentin görüntüləri avtobusda yerləşdirilmiş təhlükəsizlik kamerasına düşüb.

//Aznews.az