Bakıda ağır avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA- VİDEO YENİLƏNİBbackend

Bakıda ağır avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA- VİDEO YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Binəqədi şossesi Binəqədi kəndi istiqamətində qəza baş verib. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub”.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat daxil olub:

“Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb”.

***

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətt”inə daxil olub.

Hadisə Binəqədi rayon ərazisində yerləşən İkinci Mədən ərazisində qeydə alınıb.

Şahidlərin dediyinə əsasən, qəza zamanı sərnişinlər arasında xəsarət alanlar olub.

<iframe src=”https://baku.ws/video2/v.php?v=1880570″ width=”640″ height=”360″></iframe>