Bakıda ağır yol qəzası: ana və 4 yaşlı övladı ağır xəsarət alıblarbackend

Bakıda ağır yol qəzası: ana və 4 yaşlı övladı ağır xəsarət alıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az  report-a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Həsən Əliyev prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – Dəmirova Cəmalə Mürşüd qızı və onun azyaşlı övladı, 2017-ci il təvəllüdlü Dəmirov Hüseyin Fərid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.