Bakıda avtobus QƏZASI: xəsarət alanlar varbackend

Bakıda avtobus QƏZASI: xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Editor.az-a BNA-ya istinadən xəbər verir.

Daşıyıcının verdiyi məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığında keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.