Bakıda avtobus sürücüsü xəstə sərnişini yerə atdı – FOTObackend

Bakıda avtobus sürücüsü xəstə sərnişini yerə atdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hövsan qəsəbəsi – “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edən 10 TG 439 dövlət seriya nişanlı 132 saylı marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb.

Editor.az  xəbər verir ki, bu haqda Modern.az saytına həmin avtobusun sərnişini olan jurnalist Tural  Tağıyev məlumat verib.

Onun bildirdiyinə görə, Hövsan qəsəbəsindən “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edən avtobusda 65-70 yaşlı kişinin qəfildən halı pisləşib və o huşunu itirib. Lakin avtobus “Əhmədli” metrostansiyası qarşısındakı sonuncu dayanacağa çatdıqda sürücü sərnişinin avtobusdan düşürülməsini tələb edib.

Salondakı sərnişinlər “onu yerindən tərpətmək olmaz, bəlkə də infarkt keçirib” – desələr də, sürücü huşunu itirmiş sərnişinin yerə düşürülməsində israr edib.

Sürücü tərəfindən etinasızca yeri atılan vətəndaşa ilk yardımı da elə sərnişinlər edib. Xoşbəxtlikdən yaşlı adam vətəndaşların yardımı ilə özünə gəlib.

İnfarkt keçirə biləcəyini ehtimal edən vətəndaşlar onu yerindən tərpətməyib. Təcili yardım gələnə kimi yaşlı adamın ağzında olan protez dişlərini çıxarıb hava almasını təmin ediblər. Təcili Yardım maşını gələndə isə o artıq oyanıbmış.

Bundan sonra həkimlər ona ilk yardım ediblər.