Bakıda avtomobil qadını vuraraq öldürübbackend

Bakıda avtomobil qadını vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil qadını vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-u saat 22:40 radələrində paytaxtın Nizami rayonu, Q Qarayev prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1994-cü il təvəllüdlü Məmmədov Sabir Sahib oğlu idarə etdiyi “Haval” markalı avtomobillə şəxsiyyəti məlum olmayan 30-35 yaş arası piyada qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.