Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirib qaçmağa cəhd göstəribbackend

Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirib qaçmağa cəhd göstərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.

Bu barədə Editor.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.