Bakıda Azərbaycan-İran müştərək hərbi komissiyasının iclası olacaqbackend

Bakıda Azərbaycan-İran müştərək hərbi komissiyasının iclası olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-İran müştərək hərbi komissiyası Azərbaycanın paytaxtında iclas keçirəcək.

Editor.az bildirir ki, bu barədə İran mətbuatı xəbər verib. “Tasnim” agentliyinin məlumatına görə, görüş sabaha planlaşdırılıb. Agentliyin məlumatında avqustun 22-də Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri arasında baş tutan telefon danışığına da istinad edilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər regiondakı vəziyyət, həmçinin təhlükəsizliklə bağlı mövzular ətrafında da fikir mübadiləsi aparıblar. Bundan əlavə, söhbət iştirakçıları ikitərəfli hərbi əməkdaşlığın gələcək inkişaf perspektivlərindən də danışıblar.

//Samir Qurbanov, Editor.az