Bakıda Azərbaycan XİN başçısı ilə İƏT Baş katibinin görüşü keçirilir – FOTObackend

Bakıda Azərbaycan XİN başçısı ilə İƏT Baş katibinin görüşü keçirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymi arasında görüş başlayıb.

“Report” xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzusu Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti, Azərbaycan ilə İƏT arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də ən aktual regional məsələlər olacaq.

Xatırladaq ki, daha əvvəl İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdam rayonuna səfəri baş tutmuşdu.