Bakıda baş verən silahlı insidentin TƏFƏRRÜATI: Əl izinin düşməməsi üçün köynəyindən istifadə edibmişbackend

Bakıda baş verən silahlı insidentin TƏFƏRRÜATI: Əl izinin düşməməsi üçün köynəyindən istifadə edibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda baş verən silahlı basqının təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, şübhəli şəxslər qapını döyüb, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim ediblər. Hətta əlində vəsiqədə göstərib ki, ev sahibi buna inansın.

Qapını açan kimi həmin şəxslərdən biri mənzilə daxil olub. Bir neçə dəqiqə içəridə qaldıqdan sonra çıxıb digər şəxsi çağırıb. O da qapıya yaxınlaşıb və əl izi düşməsin deyə, köynəyinin ətəyi ilə cəftəni çəkərək evə daxil olub.

Quldurluq cinayəti gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində baş verib. İlkin məlumata görə, cinayətkarlar saat 21:00-a kimi evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra mənzilə daxil olublar.

Naməlum şəxs ev sahibi Rauf İsmayılovun başına silah dayayaraq ondan pul tələb edib. Zərərçəkmişin qızı bildirib ki, atasının heç kimlə ədavəti yoxdur.

Müəyyən edilib ki, güllələnərək məhv edilən Eldəniz Şükürov əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum olunub. Hadisə yerindən cinayət aləti olan ”Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə: