Bakıda başına dəmir lövhə düşən qadının ölməsi ilə bağlı cinayət işi başlandıbackend

Bakıda başına dəmir lövhə düşən qadının ölməsi ilə bağlı cinayət işi başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda başına dəmir lövhəsi düşməsi nəticəsində qadının ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bununla bağlı Nəsimi rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında bir nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

“Məlumat əsasında, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.