Bakıda beşmərtəbəli yaşayış binasında yanğın başlayıbbackend

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binalarının birində yanğın başlayıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək”.

Sözügedən hadisənin görüntüsünü təqdim edirik: