Bakıda bəzi ərazilərdə tıxac yaranıb, avtobuslar gecikir – SİYAHI+FOTObackend

Bakıda bəzi ərazilərdə tıxac yaranıb, avtobuslar gecikir – SİYAHI+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, sıxlıq səbəbindən əksər istiqamətlər üzrə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Sıxlıq müşahidə olunan küçələr aşağıdakılardır:

1. Ziya Bünyadov prospekti – Əsas yol (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı da daxil olmaqla, eyni zamanda “Çermet” körpüsü üzərindən 20 Yanvar dairəsi istiqamətində) sıxlıq

2. Üzeyir Hacıbəyli küçəsi (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində və eyni zamanda Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

3. Afiyəddin Cəlilov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqaməti) sıxlıq

4. Tbilisi prospekti (Hər iki istiqamət, Şəhər mərkəzi istiqaməti – Əsas yol Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsi də daxil 20 Yanvar dairəsi istiqaməti) sıxlıq

5. Azadlıq prospekti (Sahib Zeynalov küçəsi ilə kəsişmədən Salatın Əsgərova küçəsi ilə kəsişməyə qədər olan hissəsi) sıxlıq

6. 28 May küçəsi (A.Puşkin küçəsi ilə kəsişmədən sonra Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

7. Abbasqulu ağa Bakıxanov küçəsi (Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti) sıxlıq

8. Yusif Səfərov küçəsi (Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti – Kənar yol istiqaməti) sıxlıq

9. Xocalı prospekti (Yusif Səfərov küçəsi istiqamətində) sıxlıq

10. Salatın Əsgərova küçəsi (Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissəsi) sıxlıq

11. Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) sıxlıq

12. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən 28 May küçəsi ilə kəsişməyə qədər) sıxlıq

13. Gülarə Qədirbəyova küçəsi (Ş.İ.Xətai prospekti ilə kəsişmə istiqamətində) sıxlıq

14. Heydər Əliyev prospekti – Köməkçi yol (Şəhər mərkəzi istiqaməti) sıxlıq

15. Cəlil Məmmədquluzadə küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

16. Alı Mustafayev küçəsi – Köməkçi  yol (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

17. Qara Qarayev prospekti (Dakar dairəsi, eyni zamanda Neftçilər metro stansiyası istiqamətində) sıxlıq

18. Babək prospekti (Hər iki istiqamətdə, Yeni Günəşli istiqaməti Nəcəfqulu Rəfiyev küçəsinə qədər, Kənar yol və Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən başlayaraq Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində əsas yol) sıxlıq

19. Abdulvahab Salamzadə küçəsi  – Əsas yol (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

20. Şəmsi Bədəlbəyli küçəsi – (Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində) sıxlıq

21. Koroğlu Rəhimov küçəsi (Hər iki istiqamətdə – Gülarə Qədirbəyova küçəsi və Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq

22. Bülbül prospekti – (Sahil metrostansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində) sıxlıq

23. Süleyman Rüstəm küçəsi – (Sahib Zeynalov küçəsi ilə kəsişmədən Salatın Əsgərova küçəsi ilə kəsişməyə qədər) sıxlıq

24. Xaqani küçəsi – (Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

25. M.K.Atatürk prospekti – (Gənclik metrostansiyası istiqamətində Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Məmməd Araz küçəsi ilə kəsişməyə qədər, Ayna Sultanova heykəli istiqamətində) sıxlıq

26. Alı Mustafayev küçəsi – Əsas və köməkçi  yol (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

27. Binəqədi şosesi (Binəqədi qəsəbəsi istiqamətində) sıxlıq

28. Ağa Nemətulla küçəsi – Əsas və kənar yol (Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətindən başlayaraq və Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətinə doğru) sıxlıq

 

Loading...