Bakıda bəzi məktəblər distant tədrisə keçdi – SİYAHIbackend

Bakıda bəzi məktəblər distant tədrisə keçdi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçirilir.

Editor.az-ın məlumatına görə, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib.

Distant tədris iyunun 8-dək davam edəcək.