Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapıldıbackend

Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb.

“Yeni Sabah”ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.