Bakıda bir neçə məşhur restoran cərimələnibbackend

Bakıda bir neçə məşhur restoran cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan  verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 12-də ölkə üzrə 399 ictimai iaşə obyektində 687 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus “Zümrüd” kafesi;

2. Bakı şəhəri, Nəsimi ‎‎rayonu, Cavad Xan küç., ev 700m ünvanında yerləşən, fiziki şəxs Osmanov İntiqam Nəcəf oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail ‎‎rayonu, Salyan şosesi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Kiliç Mehriban Cahan qızına məxsus restoran;

4. Bakı şəhəri, Sabunçu ‎‎rayonu, Xasməmmədov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Köçəriyeva Mehriban Rüstəm qızına məxsus “Sultan” pub;

5. Bakı şəhəri, Xətai ‎‎rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən, hüquqi şəxs “Green Uzman Service” MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Xətai ‎‎rayonu, Cəlilov küçəsi 26 ünvanında yerləşən, hüquqi şəxs “East Taun” MMC-yə məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Loading...