Bakıda “bomj”lar arasında qanlı dava – ÖLƏN VARbackend

Bakıda “bomj”lar arasında qanlı dava – ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Polis İdarəsinə avqustun 31-də rayon ərazisində Bakı şəhər sakini, tüfeyli həyat tərzi keçirən Eldar Qurbanovun baş nahiyəsində əzik xəsarəti olan meyitinin tapılması barədə məlumat daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalar zamanı avqustun 30-da saat 1 radələrində E.Əzizov küçəsində yaşayan M.Həmidov və R.Alyoşkinin E.Qurbanovla münaqişə etməsi və R.Alyoşkinin E.Qurbanovu yumruqla vurduqdan sonra başı divara dəyməsi nəticəsində ölməsi müəyyən edilib.

Əməliyyat axtarış tədbirləri nəticəsində M.Həmidov və R.Alyoşkin saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Loading...