Bakıda çökən yolla bağlı rəsmi AÇIQLAMA – YENİLƏNİBbackend

Bakıda çökən yolla bağlı rəsmi AÇIQLAMA – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, məsələ bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, AAYDA-nın aidiyyəti şöbəsi artıq məlumatlandırılıb:

“Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək”.

15:24

Metronun “İçərişəhər” stansiyası yaxınlığında yol çöküb.

Bu barədə jurnalist Nigar Etibar sosial şəbəkədə məlumat paylaşıb.

Məlumatda bildirilib ki, avtobus dayanacağının qarşısında çökən yolun qəzalı olduğuna dair ətrafda heç bir işarə qoyulmayıb:

“Dayanacaqda dayandığım 3-4 dəqiqə ərzində 2 maşın yoldakı çöküntü səbəbindən zərər gördü. Aidiyyəti qurumlar düzəldənə kimi xəbəriniz olsun”.