Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin iştirakçıları tədbirin keçirildiyi Bakı Stadionuna gəlir.
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.
Qeyd edək ki, COP29-un Liderlər Sammiti iki gün davam edəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.