backend

Bakıda çoxmərtəbəli binada yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonunda yanğın baş verib.
Əcəmi Naxçıvanı küçəsində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərdən birində yanğın olub. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.
Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib, yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

///APA