Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – VİDEObackend

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, səbəb yol kənarında dayanmış “Lada 015” markalı avtomobilin əl əyləcinin açılması olub:

“3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzüaşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadının başı asfalta çırpıldığından yerindəcə vəfat etdi”.

Digər iddialara əsasən isə avtomobili 16 yaşlı yeniyetmə idarə edib və qəzadan sonra ərazidən uzaqlaşıb.

Globalinfo.az hadisənin təfərrüatı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.

WhatsApp Image 2026 04 06 at 15.56.54 ffff