Bakıda dəhşətli cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, qətli törədən 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov arvadı 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanı öldürdükdən sonra öz canına qəsd edib.
Bakıda kişi arvadının başını kəsib.
Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.