Bakıda dəhşətli cinayət: Kişi qızını boğub öldürdübackend

Bakıda dəhşətli cinayət: Kişi qızını boğub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 30-da Bakının Xətai rayonunda qətl hadisəsi törədilib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, NZS qəsəbəsində 1952-ci il təvəllüdlü Xaçmaz rayon sakini Ələkbər Bağırov 1977-ci il təvəllüdlü qızı İradə Paşayevanı boğaraq öldürüb. Bundan sonra həmin şəxs törətdiyi əməli 37-ci Polis Bölməsində etiraf edib.

Ehtimal olunur ki, kişi qızının əxlaqsız hərəkətlərindən şübhələnib.

İ.Paşayeva qəsəbədə mənzili kirayəyə götürüb və orada iki uşağı ilə yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Loading...