Bakıda DƏHŞƏTLİ OLAY: 3 həkim öldü, digəri isə…backend

Bakıda DƏHŞƏTLİ OLAY: 3 həkim öldü, digəri isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Universitetdən bildirilib.

Qeyd edilib ki, onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.

Qeyd edək ki, dünyasını dəyişən Tuncay Məmmədov və Sahil Mustafazadə ATU-nun V kurs tələbələri, Yeganə Məmmədova isə Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs tələbəsidir.