“Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb”.
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti verib.
“Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”, – deyə məlumatda bildirilir.