Bakıda dəhşətli qəza: Qardaşını xilas etdi, özü öldü – VİDEObackend

Bakıda dəhşətli qəza: Qardaşını xilas etdi, özü öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Bakının Qaradağ rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sənqəçal qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən bir nəfəri “Mercedes Vito” vurub. Piyada hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, iki qardaş yolu keçmək istəyib. Qardaşlardan biri sürətlə gələn avtomobili görüb və digərini itələyib. Qardaşını xilas edə bilsə də, özü aldığı zərbədən yerindəcə həyatını itirib.