Bakıda DƏHŞƏTLİ QƏZA: Üç nəfər ÖLDÜ, yaralı varbackend

Bakıda DƏHŞƏTLİ QƏZA: Üç nəfər ÖLDÜ, yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-si, saat 13:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

“Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində üç (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”, – deyə məlumatda bildirilir.

“Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi bu gün saat 14:00-da baş verib”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli məlumat verib.

“Mercedes-Benz” markalı yük avtomobili ilə “Volkswagen” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Əzizə İsmayılova

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

Editor.az  “Report”a istinadla xəbər verir ki, hadisə Böyükşor gölünün kənarında baş verib.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunublar.