Bakıda əl qumbarası və mərmi aşkarlanıb – FOTO/VİDEObackend

Bakıda əl qumbarası və mərmi aşkarlanıb – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 58 ədəd 7,62×39 mm-lik və 25 ədəd 7,62×54 mm-lik mərmi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.