Bakıda ƏLİNDƏ BIÇAQ avtobusda dəhşət saçan qadın SAXLANILDIbackend

Bakıda ƏLİNDƏ BIÇAQ avtobusda dəhşət saçan qadın SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtobusda dəhşət saçan əlibıçaqlı qadının şəxsiyyəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı – polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bakıda avtobusa əlibıçaqlı qadın sərnişin daxil olub.

Oxu.Az-ın məlumatına görə, qadın digər sərnişinlərin qorxuya düşməsinə səbəb olub.

Belə ki, sərnişinlərin çoxu bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Həmin görüntüləri təqdim edirik: