Bakıda ər və arvad bıçaqlandılar – OĞULLARI SAXLANILDIbackend

Bakıda ər və arvad bıçaqlandılar – OĞULLARI SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanan şəxslərin vəziyyətləri açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, bu gün saat 06:30-da Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda onların müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”.