Bakıda erməni təbliğatı: DİN hərəkətə keçdi – YENİLƏNİB – VİDEObackend

Bakıda erməni təbliğatı: DİN hərəkətə keçdi – YENİLƏNİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Bəşir Səfəroğlu 191 ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında qoyulan kitablarla bağlı araşdırma aparılır.

Milli.Az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Hacıyev bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir.

——-

10:59

Bakı, Bəşir Səfəroğlu 191 ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında kitablar qoyublar.

Editor.az  kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev sosial şəbəkə hesabında qeyd edib.

“Ermənistanda insan haqları, Ermənistanda azadlıq və sairə barədə kitablardır. Bu kitabların ölkəmizə necə gəlməsi və o rəfə necə qoyulmasını, bunu edəni tapmaq üçün sadəcə ətrafda olan kameralara baxmaq kifayətdir. Kadrlar Tiktokda paylaşılıb.

Bu şəxsi mütləq tapmaq lazımdır, ölkəmizə düşmən dövlətin kitablarını gətirən çox təhlükəli adamdır. Bəlkə də elə içimizdən olan xainlərdəndir”, – o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun