Bakıda evdən meyit tapıldıbackend

Bakıda evdən meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində yerləşən evlərdən birində meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə şəhərin Xətai rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.