Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDIbackend

Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Editor.az-ın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.