Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb, pul və qızıl əşyalar verməsini tələb ediblər.
Editor.az DİN-ə istinadən xəbər verir ki, quldurlar səs-küy yarandığından istədiklərinə nail ola bilməyərək, hadisə yerini tərk ediblər.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.