Bakıda evlərin qiyməti nə qədər bahalaşıb?backend

Bakıda evlərin qiyməti nə qədər bahalaşıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayında Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.

Avqust ayında, əvvəlki ayda olduğu kimi, bağ və fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.

Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.7 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib.

Yaşayış binalarında olan mənzillərdə 1.8 faiz aylıq qiymət artımları müşahidə olunub.

Qeyri-yaşayış sahələrində 2.3 faiz aylıq qiymət artımı qeydə alınıb. Daha çox qiymət artımları kirayə bazarında müşahidə olunub. Avqust ayında kirayə bazarında qiymətlər 5.2 faiz yüksəlib. Bu yeni təhsil ilinin yaxınlaşması ilə əlaqədar tələbin artması ilə bağlıdır.(milli.az)