Bakıda evli qadına birgə qaçmağı təklif edən şəxsin ŞOK ƏMƏLLƏRİ – 8 Mart günü…backend

Bakıda evli qadına birgə qaçmağı təklif edən şəxsin ŞOK ƏMƏLLƏRİ – 8 Mart günü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin mart ayının 8-də 1997-ci il təvəllüdlü Tərxan Rzayevin tanışı, 1999-cu il təvəllüdlü Cabir Sadıqov tərəfindən Nərimanov rayonu ərazisində bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa açtıb.

Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmıdovun sədirliyi ilə baxılıb. Məhkəmə prosesində məlum olub ki, hadisə yetkinlik yaşına çatmayan qıza görə baş verib.

Belə ki, Ağdaş rayon sakini olan şəxslərin ikisi də eyni qızı sevib. Qız isə Cabiri bəyənməyib və Tərxana qoşulub qaçıb. Onlar Bakıda məskunlaşıb yaşamağa başlayıblar. Bundan sonra isə Cabir Bakıda artıq başqası ilə ailə qurmuş qızı taparaq ona yaxınlaşıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Tərxan Rzayev olayı belə təsvir edib: “Cabir həmyerlimdir, onu uşaqlıqdan tanıyıram. Səma isə həyat yoldaşımdır, yeni doğulmuş körpmiz var. O, hələ yetkinlik yaşına çatmadığından nikaha daxil olmamışıq. Səmanı sevib ailə qurmuşuq. Əvvəllər Cabir də Səmanı sevibş və ailə qurmaq istəyib. Lakin Səma mənə qoşularaq qaçıb. Ona görə də Cabir Səmadan inciyib. Səma ilə ailə həyatı qurduqdan sonra Ağdaş rayonundan işləmək üçün Bakı şəhərinə gəlmişik, mən fəhləlik etmişəm, Səma isə “Bravo” marketin qarşısında səyyar şəkildə gül satıb. Bir gün Səma mənə dedi ki, “Bravo” marketin qabağında Cabiri görüb. Səma həmçinin mənə dedi ki, Cabir bir neçə dəfə ona yaxınlaşaraq söhbət edir, ondan niyə onunla evlənməməyini soruşur, ona qoşularaq qaçmağını təklif edir. Mən də Səmadan Cabirə nə cavab verdiyini soruşmuşdum. Səma isə Cabirə üz vermədiyini, Cabirdən uzaqlaşmaq istəsə də, Cabirin əl çəkmədiyini demişdi. Eyni zamanda marketin qarşısında işləyən şəxslər də mənə demişdilər ki, həmyerlimiz olan Cabir mənim arvadı Səmaya yaxınlaşaraq narahat edib. Bu məsələ məni çox narahat etmişdi. Səma bunları mənə danışdıqdan sonra əsəbiləşmişdim və Cabirin məndə olan mobil nömrəsinə zəng edərək görüşmək istədiyini dedim. Əvvəllər Cabirlə eyni rayonda yaşadığımdan və onunla normal münasibətim olduğundan Cabirin nömrəsini bilirdim. Cabirə zəng edərək özümü Fərid kimi təqdim edim. Cabirə Tərxan olduğumu desəydim, görüşə gəlməyəcəkdi. Cabirlə telefonla danışdıqdan sonra “Nərimanov” metrosunun yanında olan “Ağ Çiçəyim” gül mağazasının yanında görüşməyə qərar verdik. 08 mart 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Ağ Çiçəyim” gül mağazasının qarşısında görüşdük. Orada adam çox olduğundan bir qədər kənara çəkilməyimizi dedim. Həmin vaxt yanımda Rəfail adlı dostum da vardı. Lakin mən Cabirlə kənara çəkildikdə Rəfail bizimlə gəlmədi. Kənara çəkildikdən sonra Cabirdən hansı səbəbdən Səmanın arxasınca düşməsini və narahat etməsini soruşdum. Cabir isə Səmadan yalnız bir kəlmə “niyə onunla (Tərxanla) qoşulub qaçdığını” soruşduğunu dedi. Həmin vaxt çox əsəbi idim, Cabirin Səmaya qoşulub qaçması barədə etdiyi təklifi məni özümdən çıxarmışdı. Sonra mən Cabirə “sən şərəfsiz və namussuzsan. Bir də Səmanın arxasınca gəlsən və narahat etsən, yaxud da ona yaxınlaşsan məndən incimə” dedim. Bundan sonra əlbəyaxa olduq və yerə yıxıldıq, yumruqla Cabirin üzündən vurdum, o da qarşılıq verərək məni vurdu. Bir qədər əlbəyaxa olduqdan sonra ayağa qalxdıq. Cabirə irad bildirərək bir də belə hadisənin baş verməməsini dedim və üzümü döndərib oradan uzaqlaşmaq istədim. Təxminən on addım atmışdım ki, birdən Cabir məni arxadan çağırdı və “bu nə hərəkətdir edirsən” dedi, Arxaya dönərək Cabir tərəfə gedim onu itələdim və öz yoluma davam etdim. Cabir isə arxamca gələrək anidən belimdən zərbə vurdu, ilk olaraq nə olduğunu başa düşmədim. Cabir tərəfə döndükdə onun əlində bıçaq olduğunu gördüm. Bu vaxt Cabir yenidən mənim qarın nahiyəmdən bıçaqla vurdu. Cabir məni iki dəfə bıçaqladıqdan sonra yenidən məni bıçaqla vurmaq istədi. Bunu görüb qorxdum və Cabirin əlindən qaçmaq istədim, yoxsa məni öldürəcəkdi. Bundan sonra qaçmağa başladım. Cabir isə məni təqib edərək əlində bıçaqla arxamca gəldi. 100-150 metr qaçdıqdan sonra halsız olduğumdan Təbriz küçəsində avtomobil yolunun ortasında yerə yıxıldım. Cabirin çatdığını görüb birtəhər ayağa qalxdım. Cabir isə bu vaxt mənə çataraq bıçaqla vurmaq istədi, lakin bıçaq mənə dəymədi. Cabirin sakitləşmədiyini görüb yolu qaçaraq keçdim və yenidən yerə yıxıldım. Məndən çoxlu qan axmışdı. Cabir yerə yıxıldığımı görüb yenə mənə tərəf qaçaraq üzərimə çıxdı və yenidən bıçaqla zərbələr endirməyə başladı. Həmin vaxt ətrafda çoxlu sayda adam vardı, Cabirin hərəkətləri və qışqırması adamların diqqətini cəlb etmişdi. Cabir mənim qarın nahiyəmdən bıçaqlamaq istəsə də, özünü müdafiə edirdim və bıçaq zərbələri əllərimə və qollarıma dəyirdi. Cabirin endirdiyi ən möhkəm bıçaq zərbəsi sağ əlimi deşmişdi. Həmin vaxt zərbədən bıçaq əyildi. Cabir yenidən bıçağı düzəldərək məni vurmaq istədi. Bu zaman orada olan şəxslər Cabiri itələdilər və bizi ayırdılar. Orada dayanmış maşınlardan birinin sürücüsü məni avtomobilinə mindirərək xəstəxanaya apardı”.

Hadisəni törədən Cabir Sadıqov baş verənləri təsdiq edib. Lakin o, Səmaya birgə qaçmağı təklif etmədiyini, sadəcə niyə onunla evlənmədiyini soruşduğunu deyib. Həmçinni təqsirləndirilən şəxs Tərxanı öldürmək istəmədiyini, buna görə də onun Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə ittiham edilməli olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi C.Sadıqovu 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Publika.az