Bakıda eyvandan insanların başına qab-qacaq atıldı: Polis hərəkətə keçdibackend

Bakıda eyvandan insanların başına qab-qacaq atıldı: Polis hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanından avtomobil yoluna və piyada səkisinə əşyaların atılmasını əks etdirən görüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və həmin əşyaları avtomobil yoluna atan şəxsin autizmdən əziyyət çəkən 8 yaşlı uşaq olması müəyyən edilib.

Azyaşlının valideynləri ilə söhbət aparılmaqla övladlarını nəzarətsiz buraxmamaları onların diqqətinə çatdırılıb.