Bakıda gecəyarısı söküntü işləri: Ağaclar kəsildi, dövlət qurumu hərəkətə keçdibackend

Bakıda gecəyarısı söküntü işləri: Ağaclar kəsildi, dövlət qurumu hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmət rəsmisi Qafar Ağayevin sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə “İbrahim-Q” MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, – deyə məlumatda qeyd olunub.