Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub, polis əməkdaşı yaralanıb – VİDEObackend

Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub, polis əməkdaşı yaralanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Editor.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, “Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

milli.az