Bakının Sabunçu rayonunda dəm qazından zəhərlənən olub.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Allahverdi Əzizov evin otağında dəm qazından zəhərlənib. Zəhərlənən şəxs ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

