Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulubbackend

Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Xutor yaşayış massivində qeydə alınıb.

1998-ci il təvəllüdlü Rzayev İftixar Tərxan oğluna naməlum şəxs tərəfindən beş bıçaq zərbəsi vurulub. Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.