Bakıda görülməmiş hadisə: Restorana qapıdan girib, bacadan çıxdılar – ANBAAN VİDEObackend

Bakıda görülməmiş hadisə: Restorana qapıdan girib, bacadan çıxdılar – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ailə restorana qapıdan girib, pəncərədən çıxdı.

Misli görünməmiş hadisə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yanlarında azyaşlı olan kişi və qadının restorana girməsi və bir müddət sonra pəncərədən çıxaraq qaçmaları əks olunub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. İlkin məlumata görə, restoran sahibi faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakıda restoranda yeyib-içib pəncərədən qaçan ailənin kimliyi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Şöbəsinin əməkdaşı, polis mayoru Anar Qafarov cavab verib.

O bildirib ki, görüntülərdəki şəxslər müəyyən edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət ediliblər:

“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 50 manat məbləğində cərimələniblər. Eyni zamanda, həmin şəxslər restorana vurduqları ziyanı da ödəyiblər”.